Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Oftalmoloq Cahid Şahbazova cinayət işi açıldı -SƏBƏB

Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz göz əməliyyatı keçirtdiyini deyib.

Yenixeber.org: Məsələ ilə bağlı redaksiyamıza müraciət edən Humay həkimlə bağlı polisə şikayət edib. O bildirib ki, tibbi ekspertiza onun gözündə uğursuz əməliyyat olunduğunu təsdiqləyib:

"Caspian Hospital"da işləyən Cahid Şahbazovun gözümdə törətdiyi dəhşətli əməliyyyata görə Səbail Rayon Prokurorluğunda Cahid Şahbazova cinayət işi açılıb. Həmçinin tibbi ekspertiza təsdiqlədiki gözümdə onun qoyduğu diaqnozla bağlı problem olmayıb. Heç bir problem olmadan gözümü yaman hala salıb. Bir ildən çoxdur ki, həkim axtarıram ki, onun pis günə qoyduğu gözümü düzəldə bilsin. Türkiyədəki həkimlər gözümü yoxlayanda ilk sualları bu oldu ki, əməliyyatı edən adam həqiqətən həkim olub? Dedim, bəli, Bakıda işləyən göz həkimidir. Onlar nə həkimi, nə məni tanıyırlar. Sadəcə bir pasient olduğumu bilirlər. Dedilər ki, o, kimdirsə, ümumiyyətlə bu sahədə təcrübəsi olmayıb. Çox təcrübəsiz insan tərəfindən əməliyyat edilib. Hətta dedilər ki, gözünü kim edibsə, bu sahədə təcrübəsi yoxdur. Çox təcrübəsiz biridir. Orada dedilər ki, gözün o qədər pisdir ki, zəmanət vermirik düzələcək, ya yox. Açıb baxmalıyıq ki, həkim nə törədib. Hətta Nigar Rzazadə gözümə elə bir tikiş atıb ki, şram qalıb. İnsan nə törədibsə, xaricdəki həkimlər aciz qalıblar".

Qeyd edək ki, Humay C.Şahbazov tərəfindən göz əməliyyatı olunub. Humay əməliyyatdan sonra gözündə problem yarandığını deyib.(axşam.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam