Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Səhiyyə naziri məhkəməyə verilib -SƏBƏB

Səhiyyə naziri məhkəməyə verilib

16 may tarixində səhiyyə nazirinin də iştirak etdiyi Milli Məclisin plenar iclasında Səyyad Salahlı (Aran) plastik cərrahlarla bağlı çıxışı zamanı qəbuluna düşən və plastik cərrahın səhlənkarlığı səbəbindən həyatını itirən Səbinə Vəliyevanın ailəsinin müraciətini dilə gətirmiş, bundan sonra nazir Teymur Musayev də məsələ ilə bağlı açıqlama verərək, həmin ailənin onun da qəbulunda olduğunu və S.Vəliyevanın mətbəxdə əməliyyat olduğunu vurğulamışdı. 
Yenixeber.org: Səbinə Vəliyevanın ailəsi səhiyyə naziri Teymur Musayevi qızının şərəf və ləyaqətini alçaltdığını bildirərək, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. 
Şikayət onunla əsaslandırılıb ki, səhiyyə naziri 16 may 2025-ci il tarixdə Milli Məclisdə keçirilən plenar iclasda Səbinə Vəliyeva haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirib. Şikayətçilər məhkəmədən nazirin Milli Məclisin iclasında və ya ona bərabər tutulan tədbirdə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Səbinə Vəliyevanın yaxınları məhkəməyə bildiriblər ki, Teymur Musayev yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri onun ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə deyib, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaldıb və qəsdən böhtan atıb.
Məhkəmə şikayətin heç bir əsası olmadığı qərarını verib. Bildirilib ki, 16 may 2025-ci il tarixdə Milli Məclisin plenar iclasında nazirin çıxışına diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir.
İş materiallarına əsasən Ülviyyə İlyasova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu Səbinə Vəliyeva üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilib.(modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam