Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Putin Minskə “maskalılar” göndərib?-FOTO+VİDEO

 

 Ötən bazar günü Minskdə müxalifətin növbəti etiraz yürüşü zamanı aksiya iştirakçılarını tək-tək tutub xüsusi amansızlıqla döyən mülki geyimlilərdən birinin kimliyi ortaya çıxıb.

Yenixeber.org: Bu şəxs Rusiyanın Sankt-Peterburq şəhərindən olan Andrey Karpovdur. (https://www.facebook.com/adagamov/videos/3247306135386289/?t=5)

Karpovun Rusiya güc strukturlarına aidiyyatının olub-olmadığı hələ məlum deyil. Lakin müxalifət fəalları qeyd edirlər ki, o, Rusiyadan Belarus hakimiyyətinə dəstək üçün göndərilən muzdlulardan biri ola bilər. Etirazçıları döyən mülki geyimlilər maskalı olsalar da onlardan bəzilərinin sifəti obyektivlərə tuş gəlib, aksiya iştirakçıları onların maskalarını çıxara biliblər və fəallar sosial şəbəkə profilləri vasitəsilə onların kimliyini təsbit etməyə çalışıblar.

Qeyd edək ki, ötən bazar günü ilk dəfə Belarus güc strukturlarının geyimində olmayan naməlum şəxslər Minsk küçələrində etirazçıları dəyənəklərlə döyüb, onları tutaraq naməlum istiqamətə aparıb. Bu mülki geyimli, maskalı şəxslər etirazçıların qaçıb sığındığı dükanlara, kafelərə də basqın edib, qapı və pəncərələrin şüşələrini sındırıb. İndiyədək onların “Lukaşenkonun adamları” olduqları, yaxud mülki geyimli OMON-çular olduqları təxmin edilirdi.

Lakin indi maskalılardan birinin Rusiya vətəndaşı olması ciddi şübhələr yaradır ki, Kreml artıq Belarusa etirazları yatırmaq üçün xüsusi dəstələr göndərib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Belarusa göndərilmək üçün güc strukturlarının ehtiyat qüvvələrinin yaradıldığını açıqlamışdı. Sosial şəbəkələrdə isə Belarus sərhədlərinə doğru hərəkət edən hərbi avtomobil karvanlarının görüntüləri yayılmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam