Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ən kasıb prezident vidalaşır

 

53807

 

                       Bu gün Uruqvayda prezident seçkisi keçiriləcək

       "Xeberinfo.com": Bu gün daha bir Cənubi Amerika ölkəsində president seçkisi keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu gün Braziliya ilə yanaşı, Uruqvayda da prezident seçkisi üçün 2,6 miyon seçici səsvermədə iştirak edəcək.

      Dövlətin konstitusiyasına əsasən, yenidən namizəd ola bilməyən 79 yaşlı hazırkı president Xose Muxika xalqla vidalaşır. O, ölkə başçıları arasında var-dövlətinə görə ən kasıbı hesab edilirdi.

O, 2009-cu ildən bəri mötəbər post tutmasına baxmayaraq, digər həmkarları kimi dəbdəbəli həyat sürmür. Prezident həyat yoldaşı ilə köhnə kənd evində yaşayır.

Xeyirxah prezident aldığı aylıq əməkhaqqının 90 faizini kasıb insanlara bağışlayırdı. Xose Muxikanın avtomobili də 87-ci il model “Volkswagen”dir. Zaman-zaman kübar dairələrin lağ etdiyi ölkə rəhbəri insanların arasında olmağı, onlardan fərqlənməməyi sevdiyini bildirib.

“Mənə ən kasıb dövlət başçısı deyirlər. Amma mən özümü kasıb hiss etmirəm. Kasıb insanlar yalnız bahalı həyatlarını qorumaq üçün çalışar və həmişə daha çoxunu istəyər. Həyatımın böyük bir qismi belə keçib. Qazandığım pulla da hələ həyatımı davam etdirə bilərəm”, – deyə Muxika bildirib.

Uruqvay prezidentinin tək mal varlığı 1800 dollar dəyərindəki avtomobili və yaşadığı uçuq-sökük kənd evidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam