Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yerevanda Ermənistan baş prokurorunun istefası tələb ilə etiraz aksiyaları davam edir

 

Yerevanda onlarla nümayişçi Ermənistan Baş Prokurorluğu və yaxınlıqda yerləşən Ermənistan Kassasiya Məhkəməsinin binası qarşısında baş prokuror Artur Davtyanın istefası və sabiq general Samvel Babayanın azad olunması tələb ilə etiraz aksiyası keçirir



Yenixeber.org: Aksiyanın təşəbbüskarlarından olan iqtisadçı Andranik Tevanyan bildirib ki, piketə qatılan fəallar S.Babayan və iş üzrə adı hallanan digər siyasi məhbusların işi saxtalaşdırıldığını düşünürlər.
Onun sözlərinə görə, bu etirazlarla onlar Ermənistan baş naziri Nikol Paşinyana kömək edirlər.
"Məhz, o, ölkədə siyasi məhbus qalmamalı olduğunu bildirib. Bu aksiyalarla bu prosesin uzanmaması üçün ab-hava yaradırıq", - A.Tevanyan bildirib.
Qeyd edək ki, sabiq general Samvel Babayan və onun altı tanışı 2017-ci ilin mart ayında həbs edilib. Onlar qanunsuz silah saxlamaqda və çirkli pulların yuyulmasında ittiham olunublar. Yerevan birinci instansiya ümumi məhkəməsi Babayanı 6 il müddətinə azadlıqdan məhrum edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam