Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ƏHMƏD DAVUDOĞLU İSTEFA VERDİ – CANLI YAYIM

 

Capture

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib.

Xeberinfo.com:  O, heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb: “Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə, haqqınızı halal edin”.
O, fövqəladə qurultaya uğurlar arzulayaraq, çıxışına yekun vurub.
Bu gün partiyanın sədri Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Yığıncaq bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib. Həmin toplantıda Əhməd Davudoğlu namizədliyini irəli sürməyəcək. Qurultayda partiyaya yeni sədr seçiləcək və həmin şəxs avtomatik olaraq Türkiyənin baş naziri olacaq. Ə.Davudoğlu isə bu müddətədək Türkiyənin baş naziri və AKP sədri səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək.
Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.
Qeyd edək ki, mayın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında bir saat 40 dəqiqəlik görüş keçirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam