Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BİZƏ GÜCLÜ RUSİYA LAZIMDIR”

 

“Suriyadakı vətəndaş müharibəsinin həlli naminə, ABŞ Rusiya və İranla işləməyə hazırdır, lakin İran da Bəşər Əsədin hakimiyyətini dəstəkləməkdən əl çəkməlidir.”
"Xeberinfo.com":   Məlumata görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Suriya müharibədən əvvəlki status-kvoya qayıda bilməz. Obama Suriya və ABŞ arasındakı gərginliyə də toxunub. Əsədi “diktator” adlandıran Barak Obama deyib ki, “öz xalqına güvənməyən rejimlər mütləq devrilməlidir.”

Obama vurğulayıb ki, ABŞ dünya problemlərini təkbaşına həll etmək gücünə malik deyil. İraqı nümunə gətirən prezident qeyd edib ki, nə böyük məbləğdə pullar, nə də yüz minlərlə hərbçi sabitliyi uzun müddət təmin edə bilməz.
ABŞ prezidenti beynəlxalq hüquq çərçivəsində başqa ölkələrlə işləməyin vacibliyini qeyd edib.
O deyib ki, ABŞ Rusiyanın beynəlxalq şəkildə izolyasiyasını istəmir: “Bizə güclü Rusiya lazımdır ki, dünyada təhlükəsizlik və sülh üzərində birgə işləyək”.

Obama İranla bağlanılan nüvə sazişini də qeyd edib və bunun müharibədən qaçmaq və dünyanı daha təhlükəsiz etmək üçün mühüm addım olduğunu vurğulayıb.

O qeyd edib ki, “Amerikaya ölüm!” şüarları iş yerləri yaratmayacaq və İranı təhlükəsiz etməyəcək. Əgər İran başqa yolu seçsə, bu İran xalqının və bütün dünyanın xeyrinə olacaq.

Obama İŞİD-ə və digər terrorçu qruplaşmalara qarşı da mübarizənin sona qədər davam etdiriləcəyini deyib.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam