Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

3 minə yaxın avtomobil daşıyan gəmi YANDI

 Niderlandın Ameland adası yaxınlığında 2857 ədəd avtomobil daşıyan "Fremantle Highway" adlı yük gəmisində yanğın baş verib. 

Yenixeber.org:  Bu barədə Niderlandın "nu.nl" nəşri yazıb.

Yanğın nəticəsində bir ekipaj üzvü ölüb, bir neçə nəfər yaralanıb. Sahil mühafizəsinin məlumatına görə, gəminin göyərtəsində 23 nəfər olub. Ekipaj üzvləri yanğını təkbaşına söndürməyə çalışsalar da, sonradan onların təxliyyə edilməsinə qərar verilib. 

Məlumata görə, 16 nəfər xəstəxanaya göndərilib. Ekipaj üzvlərinin bir qismi qayıq, bəziləri isə Sahil Mühafizəsinin helikopterləri ilə təxliyyə edilib.  

Yük gəmisi Almaniyadan Misirə elektrik avtomobili daşıyır. İlkin məlumata görə, yanğın avtomobillərin birində baş verib. Hazırda gəmi ekipajsızdır, xilasedicilər onun batmasının qarşısını almağa çalışırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam