Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Riçard Mur:Rusiyaya silah verilməsi İranda qarşıdurmanı qızışdırıb

İrandan Rusiyaya silah göndərilməsi Tehran hökumətində “ən yüksək səviyyədə” daxili mübahisələrə səbəb olub.
Yenixeber.org: İctimaiyyət qarşısında çıxış edən Britaniyanın Xarici Kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur Rusiyaya PUA-lar və digər silahlar göndərməklə Ukraynada daha çox münaqişələri qızışdırdığına görə İranı tənqid etməklə yanaşı, rəhbəri olduğu qurumun qiymətləndirmələrinə əsasən, bu məsələnin İranın siyasi rəhbərliyində də qarşıdurma yaratdığını söyləyib.
Riçard Murun Rusiyadan silah yardımı ilə bağlı İranda baş verən daxili mübahisələrə istinadı Rusiya və Fars körfəzinin ərəb ölkələrinin birgə bəyanatının İran daxilində reaksiya dalğası yaratdığı günlərdə yayılıb.
Çexiyanın paytaxtı Praqada Böyük Britaniya səfirinin iqamətgahında etdiyi çıxışda Mur agentliyin casuslarının Rusiyaya silah ötürülməsini pozmaq üçün süni intellektdən istifadə etdiyini də vurğulayıb. Ətraflı məlumat verməyən kəşfiyyat rəhbəri, Qərb casuslarının öz rəqiblərinin süni intellektdən “pis” istifadəsini izləməyə getdikcə daha çox diqqət yetirməli olduqlarını deyib.
Qeyd edək ki, bundan əvvəl İsrailin Müdafiə nazirliyinin baş direktoru qurumun süni intellekt sahəsində geniş sərmayələri əhatələyən “bir neçə illik uzun proqramı” elan edərək, bu proqramın İranın kəşfiyyatını və hədəflərini təkmilləşdirmək qabiliyyətinə malik olduğunu açıqlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam