Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“OceanGate Expeditions”ın dünyaya çıxış “qapıları” bağlandı-FOTO

Atlantik okeanının sularında partlayan “Titan” batiskafının sahibi olan ABŞ-nin özəl “OceanGate Expeditions” şirkəti bütün sosial media hesablarını silib.

Yenixeber.org: Son vaxtlara qədər şirkətin “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn”də hesabları olub.

Bundan əvvəl isə “OceanGate Expeditions”ın internet saytında tədqiqat və kommersiya fəaliyyətini dayandırdığı barədə bildiriş yerləşdirilib.

 

Xatırladaq ki, iyunun 19-da “OceanGate Expeditions” şirkəti “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqənin kəsildiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirib. Tezliklə qurum təsdiq edib ki, bunlar itkin batiskafın hissələridir. Təhlillər göstərib ki, dərinlik dəniz gəmisinin bütün sərnişinləri ölüblər.

“Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Hemiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olublar.

Bir müddət əvvəl partlayan batiskafdakı pilotla batan “Titanik”in sərnişinləri arasında mistik əlaqə, həmçinin “Titan” sərnişinlərinin son saatları ilə bağlı xəbər verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam