Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağ Ev:ABŞ Rusiya və Çinlə dialoqa hazırdır

Birləşmiş Ştatlar ilkin şərt olmadan silahlara nəzarət üzrə Moskva və Pekinlə dialoq aparmağa hazırdır.

Yenixeber.org:  Bunu Vaşinqton Silahlara Nəzarət Assosiasiyasının illik toplantısında milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Məlum olduğu kimi, iyunun 1-dən ABŞ Rusiya Federasiyasına Yeni START Müqaviləsinə daxil olan strateji silahlarının statusu və yeri barədə məlumatların ötürülməsini dayandırıb. Həmçinin, yeni vizaların verilməsinin nəzərdə tutulmamasına baxmayaraq, START çərçivəsində yoxlamalar üçün rusiyalı mütəxəssislərə əvvəllər verilmiş vizaların ləğvi gözlənilir.

"Biz Rusiya və Çinlə ilkin şərt olmadan silahlara nəzarət üzrə ikitərəfli danışıqlarda iştirak etməyə hazır olduğumuzu bəyan etdik", - Sullivan deyib.

Onun sözlərinə görə, Vaşinqton Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START) üzrə kəmiyyət məhdudiyyətlərinə əməl etməyə hazırdır, əgər Rusiya da buna hazırdırsa. Rusiya da hazır olarsa, biz əsas məhdudiyyətlərə sadiq qalmağa hazırıq", - o yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam