Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Doğru zamanda Putinlə danışıqlar aparacağam -Şolts

Almaniya kansleri Olaf Şolts “doğru zamanda” Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq və Ukrayna münaqişəsini müzakirə etmək planlarını açıqlayıb. Şolts və Putin sonuncu dəfə 2022-ci il dekabrın 2-də telefonla danışıblar, söhbət bir saat davam edib. 

Yenixeber.org:"Kolner Stadt-Anzeiger"ə müsahibəsi çərçivəsində Olaf Şoltsdan Rusiya prezidenti ilə əlaqə saxlayıb-yaxmadığını soruşublar. 

“Son zəngimdən xeyli vaxt keçib. Amma mən lazım olan anda Putinlə yenidən danışmaq niyyətindəyəm”, - deyə Şolts cavab verib. 

Eyni zamanda Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib.O, NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün hər şeyi etmək niyyətində olduğunu vurğulayıb. 

Şoltsla Putin arasında sonuncu dəfə ötən il dekabrın 2-də telefon danışığı olub. 2023-cü ilin yanvarında Almaniya hökuməti Rusiya ilə təmaslardan imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. Şolts qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatla bağlı fikir ayrılığına baxmayaraq, Vladimir Putinlə əlaqələri davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam