Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mövləvi Əbdül Həmid:“Millət azad seçkilər istəyir”

İranda azad və şəffaf seçkilərin keçirilməsi məsələsi insan haqlarının təminatı müstəvisində cəmiyyəti ən mox narahat edən problemlərdən biridir. Ölkədəki teokratik rejim isə öz hakimiyyətini qoruyub saxlamaq üçün bu reallığı dəyişmək istəmir.
Yenixeber.org: sözügedən problemlə bağlı İran sünnilərinin din xadimi Mövləvi Əbdül Həmid mayın 12-də, cümə günü çıxışında öz ciddi iradlarını bildirib. O, İslam Şurasına qarşıdan gələn seçkilər üçün müxtəlif sorğuların necə keçirilməsini şübhə altında və bu prosesin doğru olmadığını deyib.
“İran xalqı bu qənaətə gəlib ki, istər parlament seçkilərində, istər prezident seçkilərində, istərsə də rəhbərlik ekspertlərinin seçkilərində seçki prosesi ölkəni zəiflədib və zəif rəhbərlər seçilib. Millət azad seçki istəyir. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı bəzi hökumət KİV-lərinin reklamları millətin istəyinə uyğun deyil” - Əbdül Həmid vurğulayıb.
İran sünnilərinin din xadiminin narahatlığı heç də əbəs deyil. Belə ki, son həftələrdə İranda hökumətin nəzarət etdiyi bəzi media resursları öz xəbərləri ilə seçkilərlə bağlı vəziyyəti hakim rejimin xeyrinə qızışdırmağa çalışırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam