Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sudanda qarşıdurma -Bayden sanksiya tətbiq etdi

"Sudanda qarşıdurma uzana bilər"

Yenixeber.org:  Bu sözləri ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Haines Senatdakı çıxışı zamanı deyib. 

Xanım Haines çıxışında tərəfləri danışıqlar masasına oturmağa təşviq edəcək çox az şansın olduğunu deyib. Bundan başqa o, Sudanda qarşıdurmanın tərəfləri olan Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo üçüncü ölkələrdən dəstək istədiyini açıqlayıb.  

"Hər iki tərəf hərbi yolla qalib gələ biləcəklərinə inanır. Tərəflər qalibiyyət üçün xaricdən dəstək istəyib. Bu da münaqişəni gücləndirə və bölgədə böhranın daha da dərinləşməsinə gətirib çıxa bilər".  

ABŞ prezidenti Co Bayden isə Sudanda baş verən zorakılığı “demokratik bir hökumət üçün ölkə xalqına xəyanət”  adlandırıb. Bundan başqa Ağ Ev rəhbəri qarşıdurmada günahkar olanlarla bağlı sankisayaların tətbiqi barədə qətnamə imzaladığını deyib. Bayden sanksiyaların kimə şamil ediləcəyini tam açıqlamayıb.  

Xatırladaq ki, Sudanda münaqişənin 21-ci gündür davam edir və tərəflər bu müddət ərzində bir-birinin ardınca elan etdikləri atəşkəs qərarlarının heç birinə əməl etməyiblər. İndiyədək ölkədə, əsasən Xartum və Darfurda olmaqla 700 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam