Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Filippindəki ABŞ bazaları Çinə qarşı istifadə edilməyəcək

“ABŞ-ın giriş əldə etdiyi Filippindəki hərbi bazalardan Çin və digər ölkələrə qarşı istifadə edilməyəcək”.
Yenixeber.org: Bu barədə Filippin prezidenti Ferdinand Markos Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda bildirib.
“Çinin xarici işlər naziri Qin Qang Filippində mənimlə görüşdü və mən onu əmin etdim ki, bu hərbi bazalar hücum etmək, kiməsə, Çinə və ya başqa bir ölkəyə qarşı hərəkət etmək niyyətində deyil”, - deyə, Markos vurğulayıb.

O əlavə edib ki, bu hərbi bazalardan hücum əməliyyatları üçün istifadə Vaşinqton və Manilanın əldə etdiyi razılaşmaların əhatə dairəsindən kənarda olacaq.

“Çindən ayrılmaq seçim deyil. İki ölkə tədricən Cənubi Çin dənizində neft və qazın işlənməsi ilə bağlı mübahisənin həllinə doğru irəliləyir. Ölkəmiz bu dənizdəki münaqişəli vəziyyətləri həll etmək üçün Pekinlə qaynar xətt yaratmaq üzərində işləyir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam