Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Regional Su Meliorasiya Xidməti rəisinin milyonluq mülkləri – ADSEA və “PDL” MMC-nın hoqqaları -DETALLAR

      
Regional Su Meliorasiya Xidməti rəisinin milyonluq mülkləri – ADSEA və “PDL” MMC-nın hoqqaları
Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin təkcə Sabirabad rayonunda yerləşən mülklərinin ümumi dəyərinin azı 10 milyon manat olduğu bildirilir.

Yenixeber.org: Zakir Quliyevin Bakıda yerləşən çoxsaylı mülklərinin dəyərini isə hesabalamaq mümkün deyil.
Məlumata görə, Zakir Quliyev hələ Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rəhbərliyi dövründə sistemdə müavin vəzifəsində çalışarkən əsas korrupsiya mexanizmlərinin icraçılarından biri olub.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradıldıqdan sonra Zakir Quliyev vəzifəsindən uzaqlaşdırılıb. Lakin bu uzaqlaşdırma uzun çəkməyib. Məlumata görə, ADSEA-nın aparat rəhbəri, ABU-nun saxta diplomlu “məzunu” kimi təqdim olunan Fuad Quliyev, şəxsi maraqlarının təmin olunması şərti ilə Zakir Quliyevi yenidən Regional Su və Meliorasiya Xidmətinə rəis təyin etdirib.
Məhz bu təyinatdan sonra sistem daxilində başqa bir diqqətçəkən proses başlayıb. Belə ki, Fuad Quliyevin adı ilə əlaqələndirilən “PDL” MMC” Regional Su və Meliorasiya Xidmətinin keçirdiyi tenderlərin böyük əksəriyyətinin qalibi olub. Qeyd olunur ki, sözügedən şirkət vasitəsilə ildə azı 50 milyon manatlıq dövlət tenderi “udulur”. Tenderlərin necə və hansı şərtlərlə keçirildiyi isə ciddi suallar doğurur.
Mövzunu diqqətdə saxlayacağıq.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur…(bizimesr.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam