Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kommunal qurumlarda “Landmark”a “stop” qoyulub -MÜDÜROĞLU AİLƏSİ BRİTANİYA HÖKUMƏTİNDƏN DƏSTƏK İSTƏYİB

     Kommunal qurumlarda “Landmark”a “stop” qoyulub - MÜDÜROĞLU AİLƏSİ BRİTANİYA HÖKUMƏTİNDƏN DƏSTƏK İSTƏYİB
Bir müddət əvvəl Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varislərinin ölkədən qaçmasına dair xəbər vermişdik.

Yenixeber.org: Xatırladaq ki, həmin xəbərdə Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı Eran Müdüroğlu ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə getdiyi deyilirdi.
Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.
Bu arada Gununsesi.info-ya Müdüroğlu ailəsi ilə bağlı yeni məlumatlar daxil olub.
Məlumatda bildirilir ki, Azərbaycana qayıdan Eran Müdüroğlunun sahibi olduğu “LandMark” yeni maneələrlə üzləşib.
Belə ki, müxtəlif kommunal qurumlarda “Landmark”la bağlı sənədləşməyə “stop” qoyulub.
Müxtəlif Avropa ölkələrinin və Avropa İttifaqının səfirliyinin yerləşdiyi adıçəkilən biznes mərkəzində kommunal xidmələr olsa da lakin, həmin xidmətlərin dayandırılması gözləniləndir.
Eran Müdüroğölunun isə özünün Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.
Apardığımız araşdırmalar zamanı onu da öyrəndik ki, “Landmark”ı satmaq istəyən sahibləri onu hərraca çıxaran şirkətin özünün fəaliyyətində qanunsuzluqları üzə çıxarıb.
Onlar Ədliyyə Nazirliyinə yazdıqları məktubunda “Landmark” Biznes Mərkəzi hərraca çıxarılmasında qanunsuzluqlar olduğunu yazıb.
““Landmark” Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Məlum olub ki, həmin Cəmiyyətin adı əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib”.
Landmark sahibləri hesab edir ki, cəmiyyət barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.
Ona görə də iş adamları Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edib.
Qeyd edək ki, Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.
Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.
“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.
“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.
O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam