Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azəriqaz”ın vəzifəli şəxsi saxlanıldı - Cahid Hüseynovun adından SOCAR torpaqlarını sənədləşdirmək istəyirmiş -İDDİA

“Azəriqaz” İstehsalat Birliyi Baş direktorunun istismar üzrə keçmiş müavini Cahid Hüseynovun vaxtilə yüksək vəzifəyə təyin etdirdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov saxlanılıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, qurumun Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin rəisi Ə.Hüseynov barəsində toplanılan çoxsaylı şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

O, əmisi Cahid Hüseynovun nüfuzundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahələrini özəlləşdirmək üçün ayrı-ayrı vətəndaşları aldadıb. 

Həmçinin, Ə.Hüseynov əmisi Cahid Hüseynovun adından ayrı-ayrı vətəndaşları inandırmaq üçün pul müqabilində ələ aldığı başqa bir şəxsin vasitəsilə tərəflər arasında telefon danışığı da təşkil etdirib. Bununla Əlihüseyn Hüseynov əmisi Cahid Hüseynovun SOCAR rəhbərliyi və kirvəsi “Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevlə olan şəxsi əlaqələrindən istifadə edərək, vətəndaşlara vəd etdiyi torpaq sahələrini özəlləşdirəcəyinə inandırıb.

Qeyd: Hazırda onun qardaşı Ceyhun Hüseynov və digər yaxın qohumları “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifələrdə çalışırlar. Həmin şəxslərin siyahısı bir neçə ay öncə mediada dərc olunmuşdu.

             Məsələ ilə bağlı İstehsalat Birliyinə sorğu ünvanlanıb.

Xatırlatma: Bir neçə gün öncə, “Azəriqaz”a və Birliyin mətbuat katibi Eldəniz Vəliyevə C.Hüseynovun direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı sorğu ünvanlasaq da, cavab verilməyib. Cahid Hüseynovun adı “Azəriqaz”da yeyinti faktlarında da hallanır.(pravda.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam