Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı -TƏFƏRRÜAT

deputatliga-kecmis-namizedin-sirketine-cinayet-isi-acildi

Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb.

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, “Tempo Trips” və “365 Tourism" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı həmin şirkətlərin vəzifəli şəxslərinin qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xarici ölkələrdə işlə təmin edilmək məqsədilə onlara müraciət etmiş çoxsaylı vətəndaşlara yalan vədlərin verilməsi yolu ilə sonuncuların külli miqdarda  pul vəsaitini qanunsuz olaraq ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş İdarədə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.

Xatırladaq ki, “365 tourism” MMC-nin direktoru Ruslan Nəcəfovdur. O, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Ağsu rayonundan deputatlığa namizəd olub.

Qeyd edək ki, adıçəkilən şirkətlərdən narazı olan vətəndaşlar hələ ötən ay “Qafqazinfo”ya şikayətlə müraciət edərək 30-dan çox adamın aldadıldığını, digər ölkələrdə çarəsiz şəkildə küçələrdə qaldığını bildirmişdilər.(“Qafqazinfo”) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam