Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Broker Əbülfəz" Türkiyədə yeni şirkət qurdu -Şəriki Səfər Mehdiyevdir

"Broker" MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov Türkiyədə yeni şirkət qurub. 
Yenixeber.org: Məlumata görə, Əbülfəz Məlikov Azərbaycandakı bir sıra biznes şirkətlərini də Türkiyənin İstanbul şəhərinə köçürüb. 
Dəyəri milyonlarla manat olan şirkət qida, turizm, otelçilik və digər sahələrdə fəaliyyət göstərəcək. 
Əbülfəz Məlikovun Bodrumda da bahalı istirahət mərkəzini satın alması ilə bağlı məlumatlar var. 
Hazırda Türkiyədə olan Əbülfəz Məlikova bu işdə Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsləri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin generalları da dəstək verir. 
Onun şərikləri arasında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin də olduğu iddia edilir. 
Qeyd edək ki, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mənüçöhr Əhədpur fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.
Onu da qeyd edək ki, Əbülfəz Məlikovun Rusiyada da biznesi var.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam