Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BNA:Sərnişin sayı 60-70 faiz azalıb

 
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur.
Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, buna baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Daşıyıcılara da avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədi ilə hər gün səhər qarajlarda monitorinqlər keçirilir.

Hazrda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən artıq avtobus cəlb edilir. Yalnız metrostansiyaları əlaqələndirən 7 ekspres marşrut xətti üzrə isə 80-dən artıq gündəlik avtobus xətdə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dan artıq avtobus isə ehtiyyat olaraq ekspres xətlərə cəlb edilir.

Ümumilikdə həm müntəzəm, həm ekspres xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən artıqdır. Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik xəttə 160-dan artıq avtobus çıxarılır. Adi rejimlə (yay mövsümi) müqayisədə isə hazırda xətlərə 15-20% artıq avtobus cəlb edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam