Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusun bu hərarətdə fəal olur-AÇIQLAMA

 

Honkonq Universitetinin tədqiqatçlıları koronavirusun hansı hərarətdə daha fəal olduğunu açıqlayıblar.

Yenixeber.org: “MedRxiv” xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə 4 dərəcə radələrindəki hərarətdə koronavirus sabit vəziyyətdə qalaraq dezinfeksiya aparılmadığı halda 14 gündən sonra fəallığı azalmağa başlayır. Halbuki 70 dərəcədən artıq hərarətdə 5 dəqiqə ərzində fəalsızlaşır.

Bundan əlavə, müxtəlif maddələrdə koronavirusun qalma müddətini araşdıran alimlərin rəyinə görə, kağız üzərində üç saatdan sonra aşkarlanan koronavirus paltar və emal olunmuş taxta üzərində iki günədək, şüşə üzərində 4 günədək, plastik üzərində də 7 günədək qalır.

Həmçinin tibbi maskaların üz tərəfində də koronavirusun 7 günədək qalmaq iqtidarında olduğu, ona görə də maskaların ciddi dezinfeksiyasının vacib olduğu vurğulanır.

Xatırladaq ki, ilk dəfə ötən il dekabrın 31-də Çinin Vuhan şəhərində aşkarlanan COVID-19 virusu ötən müddət ərzində demək olar, bütün dünyaya yayılıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun pandemiya olduğunu rəsmən elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam