Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir

 

 
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək.
Yenixeber.org: Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirib. Onun sözlərinə görə, rəsmi mərasimdə AzərbaycanPrezidenti İlham Əliyevin iştirakı gözlənilir.

TANAP bizim ən vacib layihələrimizdən biridir. TANAP boru kəmərinin ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək. Mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanİlham Əliyevin iştirakı planlaşdırılır" - deyə nazir vurğulayıb.

O əlavə edib ki, tədbir Türkiyənin Ədirnə vilayətinin İpsala bölgəsində baş tutacaq.



Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəq olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam