Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mədət Quliyevdən yeni təyinat-Aparat rəhbəri dəyişdi

 

 

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Digər əmrlə Şahin Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib. 

Bundan başqa, hazırda nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi də boşdur. Həmin şöbənin müdiri Hüseyn Zeynalov bir müddət əvvəl işdən çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam