Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Benyamin Netanyahu Azərbaycanı Əfqanıstanla səhv saldı –Kuryoz

Diplomatik uğurları ilə öyünən İsrail baş naziri çıxışında Azərbaycan əvəzinə, Əfqanıstan deyib.

Yenixeber.org: “The Times of İsrael” nəşri xəbər verir ki, martın 4-də Benyamin Netanyahu “Likud” Partiyasından olan tərəfdarları qarşısında nitq söyləyərkən, bir sıra ölkələrin paytaxtlarına səfərindən söz açıb. “Pekin, Tokio, Rio-de-Janeyro və Dehlidə dünya liderləri ilə görüşdüyüm zaman. Yaxud Çad, Oman, Əfqanıstan, Qazaxıstan, Avstraliya və Sinqapurda… bütün İsrail vətəndaşılarını təmsil etməkdən qürur duyuram”.
Baş nazirin Əfqanıstanın adını çəkməsi hamını təəccübləndirib. Çünki İsrailin Əfqanıstanla diplomatik münasibətləri mövcud deyil.

Hətta xəbər agentlikləri əvvəlcə söhbətin Kabula gizli səfərdən getdiyini güman edib.

Səhvini sonradan anlayan Netanyahu açıqlama verib. “Mən Azərbaycanı nəzərdə tuturdum, ancaq kim bilir, bəlkə də növbəti dövrdə…” – deyə baş nazir şəxsi “Twitter” hesabında yazıb.

Netanyahunun siyasi coğrafiyanı səhv salması ilk dəfə deyil. Ötən ilin dekabr ayında o, arvadının Nikaraquada rəsmi səfərdə olduğunu deyib. Halbuki Sara Netanyahu Qvatemalada olub.

Netanyahu, həmçinin başqa bir ölkəni Əfqanıstanla qarışdıran ilk İsrail siyasətçisi deyil. 2016-cı ildə müxalifət lideri İshaq Hersoq Portuqaliyanı Avropa futbol turnirində qələbə münasibətilə təbrik edərkən, Əfqanıstn bayrağından simvol kimi istifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam