Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

5 şəhər və rayonda binaların dam örtüyünün təmirinə 21,7 milyon manat ayrılıb

 

Prezident İlham Əliyev fevralın 4-də "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Yenixeber.org: Sərəncamla 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 milyon 685 min 830 manatı Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə ayrılıb.

Gəncədə 50, Sumqayıtda 263, Şəkidə 28, Şirvanda 30, Qazaxda isə 8 ədəd 3-5 mərtəbəli çoxmənzilli binanın dam örtükləri təmir olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam