Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

948 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

 

948 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
Oktyabrda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Qaradağ, Qax, Qazax, Salyan, Tərtər, Xızı, Xocavənd rayonlarında, Bakı və Gəncə şəhərlərində 451 min 263 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 948 ədəd partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib.
Yenixeber.org: ANAMA-dan verilən məlumata görə, əməliyyatlara 482 nəfərlik əməliyyat, 135 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 531 milyon 64 min 537 kvadratmetr ərazi təmizlənib, 800 min 592 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Ötən ay Daxili İşlər Nazirliyinin “102-Zəng mərkəzi” xidmətindən 19, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9 və Dövlət Sərhəd Xidmətindən 3 müraciət daxil olub. Müraciətlər əsasında 29 min 210 kvadratmetr ərazi təmizlənib, 418 ədəd partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanaraq Agentliyin mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.

Oktyabrda Tərtər rayonunda bir mina hadisəsi qeydə alınıb. Nəticədə Həsənov Azad Kamandar oğlunun sol ayağı dizdən aşağı amputasiya olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam