Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsgərlikdən yayınan məmur övladı axtarışa verildi-Ermənistanda

Əsgərlikdən yayınan erməni məmur övladı axtarışa verildi

Ermənistanın Sünik əyalətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan hərbi xidmətdən yayınmaqda ittiham olunaraq axtarışa verilib
Yenixeber.org: Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, Tiqran Xaçatryan Ermənistan ordusu və Müdafiə Nazirliyində aşkarlanan irimiqyaslı korrupsiya şəbəkəsi vasitəsilə saxta sənədlər düzəldərək hərbi xidmətdən yayınıb. İstinqat materiallarına əsasən, Tiqran nevroz xəstəlikləri qrupuna daxil olan psixi-ruhi pozğunluq diaqnozu ilə orduda xidmət etməkdən azad edilib. Lakin qoyulan diaqnoz heç də onun əsl sağlamlıq durumu ilə uzlaşmayıb. Məlum olub ki, Tiqran fiziki və əqli cəhətdən tam sağlamdır. 

İstintaq nəticəsində aydın olub ki, Tiqran Gorus universitetinə də saxta sənədlə qəbul olub. Hazırda onun barəsində axtarış elan edilib və kompleks məhkəmə-psixoloji ekspertiza təyin olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam