Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

LUKAŞENKO 2 NAZİRİ İŞDƏN QOVDU –Birini isə zavoda işləməyə göndərdi! (VİDEO) .

aleksandr-lukashenko

Vitebsk vilayətindəki zavodların birinə səfər edən Belarus prezidenti hökuməti sərt tənqid edib.

Yenixeber.org: Rusiya mətbuatı bildirir ki, yerindəcə iki naziri işdən qovan Aleksandr Lukaşenko insanların məmurlara nifrət etməsinin əsas səbəbi kimi onların öz işlərinə məsuliyyətsiz və etinasız yanaşmalarını göstərib.

Vitebsk qubernatoruna şiddətli töhmət elan edən Lukaşenko sənaye naziri Vitali Vovkuişdən azad edərək, zavoda işləməyə göndərib. Nazirin burada hansı vəzifə tutacağına tam aydınlıq gətirməyən prezident, onun şəxsən zavodu düşdüyü çətin vəziyyətdən çıxarmalı olduğunu deyib. Lukaşenko sənaye naziri ilə birgə arxitektura və tikinti nazirini də istefaya göndərib.

Həmçinin, Dövlət Hərbi Sənaye Komitəsi və Təhlükəsizlik Şurasının sədrlərinin də vəzifələrinin öhdəsindən gələ bilmədiklərini vurğulayan Belarus prezidenti, payıza qədər hərbi-sənaye kompleksində vəziyyəti düzəltməyəcəkləri təqdirdə, onların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam