Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Suriyada 35 minlik ordu yaratdı –İDDİA

 

Türkiyə Suriyada 35 minlik ordu yaratdı – İDDİA
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı nəticəsində Suriyanın terrorçulardan azad olunan Aziz rayonunda Türkiyənin dəstəyilə yeni “Milli Ordu” yaradılıb.
 Yenixeber.org: Bu barədə suriyalı müxalif qüvvələrin polkovniki Haitəm Afisi “Reuters”ə açıqlamasında deyib. Bildirib ki, “Milli Ordu”ya bütün dəstəyi yalnız Türkiyə dövləti verir və ordunun düşmənləri Bəşər Əsəd rejimi, həmçininPKK və İŞİD terror qruplaşmalarıdır. Afisinin iddiasına görə, “Milli Ordu”da nizam-intizama riayət ön plana çəkilib - əsgərlərə hərbi forma geyinmələri və təsadüfi atəş açmamaları barədə təlimat verilib.

Afisi onu da vurğulayıb ki, əgər təlimat olarsa, “Milli Ordu” Türkiyənin dəstəklədiyi suriyalı müxalifətlə birgə İdlibdə döyüşlərə başlayacaqlar.

“Reuters” yazıb ki, Suriya müxalifətini parçalayan mübahisələrə son qoyularsa, 35 min döyüşçüdən ibarət “Milli Ordu” Əsədin Suriyanın şimal-şərqini geri qaytarmaq cəhdlərində ciddi və uzunmüddətli əngələ çevrilə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam