Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Moskvadan Yerevana ilk xəbərdarlıq:Ermənistandan tərəvəz tədarükü məhdudlaşdırıla bilər


  

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan göndərilən pomidor və xiyar məhsullarında karantin məhsulu aşkar edildiyi üçün onların idxalına müvəqqəti olaraq məhdudiyyət tətbiq edə bilər.

Yenixeber.org: AZƏRTAC xəbər verir ki, xidmətin bununla bağlı məlumatında bildirilir: “Karantin altında olan, o cümlədən Ermənistan Respublikası üçün qeydiyyata alınmayan karantin orqanizmlərinin olduğu məhsulların göndərilməsinin davam edəcəyi təqdirdə “Rosselxoznadzor” Ermənistan Respublikasından Rusiya Federasiyası ərazisinə tədarük ediləcək karantin altında olan məhsullara müvəqqəti məhdudiyyət tətbiq etmək məcburiyyətində qalacaq”.

Qeyd edilir ki, 2018-ci ilin mayında “Rosselxoznadzor” “Yuxarı Lars” çoxtərəfli avtomobil keçid məntəqəsi ilə Ermənistandan daxil olan məhsullar üzərində fitosanitar nəzarəti gücləndirib. Mayın 3-dən 9-dək xidmətin mütəxəssisləri tərəfindən Rusiya üçün iki növ məhsulda – pomidor və xiyarda karantin orqanizmlərinin aşkar edildiyi yeddi obyekt müəyyən edilib. Məhsulların hamısı sahibinə qaytarılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam