Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həmkarı İlham Əliyevi Albaniyaya dəvət etdi

 

Həmkarı İlham Əliyevi Albaniyaya dəvət etdi
Albaniya Prezidenti İlir Meta Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Yenixeber.org: Təbrik məktubun deyilir:
"Hörmətli cənab Prezident. Sizi inamlı qələbəniz, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.

Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsinə və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam