Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Komitə: Azərbaycanda Etalon Radon laboratoriyasının yaradılmasına başlanılıb

 

 

 

       Azərbaycan Metrologiya İnstitutu milli etalonların kalibrləmə və ölçmə imkanları (Calibration and Measurement Capabilities – CMC) barədə müvafiq məlumatların “Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro"nun (Bureau International des Poids et Mesures, BIPM) internet səhifəsində yerləşdirilməsi ilə bağlı işlər aparır

 

     Yenixeber.org:        Bu barədə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycanda dövlət etalonların beynəlxalq səviyyədə tanınmasına dair sorğuya cavab olaraq bildirilib. 

Məlumata görə, ölçmələrin vəhdətinin təmin edilməsi və aparılan ölçmələrin beynəlxalq etalon vahidlərinə uyğunlaşdırılması məqsədi ilə “Azərbaycan Metrologiya İnstitutu” etalonları mütəmadi olaraq digər ölkələrin aparıcı Milli Metrologiya institutlarında kalibrlənmədən keçirir.

 

Komitədən onu da bildiriblər ki, Azərbaycanda Etalon Radon laboratoriyasının yaradılması layihəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 2018-2019-cu illər üzrə Fəaliyyət Planına daxil edilib və layihənin ilkin mərhələsinin reallaşdırılmasına başlanılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam