Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Terrorçunun kimliyi məlumdur” -Türkiyənin xarici işlər naziri

Movlud-Cavushoqlu-yeni

Türkiyənin İstanbul şəhərində məşhur “Reina” gecə klubuna silahlı hücumu törədən şəxsin kimliyi məlum olub.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, terrorçunun saxlanması istiqamətində işlər davam edir: “Həmin şəxsin yaşadığı evə baxış keçirilib. Hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam