Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlə icra başçıları arasında qarşıdurma

Heydər Əsədov kənd təsərrüfatı idarələrinə öz adamlarını təyin etdirə bilmir

Xeberinfo.com:  Kənd təsərrüfatı naziri Heydər Əsədovla icra başçıları arasında ziddiyyətlər baş qaldırıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, ziddiyyətlərin səbəbi rayon və şəhərlərdə yeni yaradılan kənd təsərrüfatı idarələrinin rəhbərliyinə təyinatlarla bağlıdır.

Bildirilir ki, icra başçıları kifayət qədər gəlirli yer olan bu idarələri nəzarətlərində saxlamaq istəyirlər. Bunun üçün də rəhbərliyə öz kadrlarının təyin olunmasına çalışırlar. Heydər Əsədov isə təbii olaraq buna qarşı çıxır. Beləliklə, də adıçəkilən qurumlara təyinat uğrunda nazirlə icra başçıları arasında mübarizə gedir. Heydər Əsədov nazir olsa da, icra başçıları ayrı-ayrı oliqarxlara bağlıdır. Heç şübhəsiz həmin oliqarxlar bu mübarizədə icra başçılarına dəstək verirlər. Ona görə də Heydər Əsədovun işi çətindir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam