Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” -Qurban Qurbanov/VİDEO

 

“Qarabağ”ın baş məşqçisi Qurban  Qurbanov sabah Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. 

Yenixeber.org xəbər verir ki, o bu barədə oyunöncəsi mətbuat konfrasında danışıb.

“Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan tarixində bir ilkdir. “Nyukasl” köklü klubdur, dünyanın bir nömrəli liqasından gəlmiş komandadır. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Amma kənardan futbolçularımın hazırlığına, oyun haqqında fikirlərinə diqqət edirəm. Görürəm ki, çox məsuliyyətli və həyəcanlıdırlar. Bu mənə bir az inam verir. Rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stili var.

Məncə, digər komandalar da onlara qarşı oynamaq istəməzlər. Buna baxmayaraq doğma meydanımızda yaxşı mübarizə aparmağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Fiziki cəhətdən güclüdürlər və sürətli futbol oynayırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam