Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gəlməsinlər!"

Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gəlməsinlər!
Rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a kimi Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib. Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması hələ də müzakirə mövzusu olmaqda davam edir.

"Xeberinfo.com":   Budəfəki narazılıq toy karvanları ilə bağlıdır. Məhdudiyyət tətbiq edilməzdən əvvəl bir çox hallarda rayondan Bakıya gəlin aparmağa gələnlər səhər saatlarında yola çıxırdılar. Bəs indiki halda necə, toy karvanı paytaxta yalnız gecə saatlarında daxil olmalıdırmı?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az saytına bu kimi hallarda istisnalar ola biləcəyini deyib:

“Rayondan Bakıya toy karvanı gələrsə, o zaman bütün avtomobillərə deyil, məhz bəy-gəlin maşınına güzəşt oluna bilər”.

O qeyd edib ki, bununla bağlı hələ ki, müraciət daxil olmayıb:

“Əlbəttə, belə istisnalar ola bilər. Amma toy karvanı deyəndə, o demək deyil ki, bəy-gəlin avtomobilinin arxasına 30-40 avtomobil qoşulsun Bakıya gəlsin. Xeyr, bu mümkün ola bilməz. İstisna halda karvandakı 1-2 rayon qeydiyyatlı maşın paytaxta buraxıla bilər, qalanlar yox!”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam