Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsveç Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib

İsveç hökuməti polisə axtarış etmək üçün daha böyük səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini müvəqqəti olaraq artıracaq.

Yenixeber.org: Bu barədə "Euractiv" məlumat yayıb.

Son həftələr İsveçdə Quranın yandırıldığı və ya başqa bir şəkildə təhqir olunduğu bir neçə etiraz aksiyası keçirilib. Bu, ölkənin müsəlman dünyası ilə münasibətlərində gərginliyə səbəb olub.

İyulun 31-də 57 ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclasda son hadisələri müzakirə edərək Quranın yandırılmasını kəskin şəkildə pisləyib. Təşkilat üzv ölkələri Quranın təhqir olunduğu ölkələrdə müvafiq siyasi və ya iqtisadi tədbirlər görməyə çağırıb.

İsveç hökuməti bəyan edib ki, söz azadlığı ilə bağlı qanunlara köklü dəyişikliklər nəzərdə tutulmur. Bununla belə, parlamentarilər Quranın açıq şəkildə yandırılması ilə müşayiət olunan aksiyaların qanunvericiliklə məhdudlaşdırılması imkanlarını öyrənirlər.

İyulun 20-də İraqda yüzlərlə etirazçı Stokholmda Quranın təhqir olunmasına etiraz olaraq İsveçin Bağdaddakı səfirliyinə basqın edərək onu yandırıblar. İraq hökuməti bu cür hərəkətləri pisləyib, lakin Skandinaviya ölkəsinin səfirinə Bağdadı tərk etməyi əmr edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam