Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV:ABŞ Ukraynaya 400 milyon dollara qədər yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Ukraynaya 400 milyon dollara qədər əlavə hərbi yardım göstərəcək.

Yenixeber.org:  Bu barədə "Associated Press" məlumat yayıb.

Bu yardıma HIMARS raket sistemləri üçün döyüş sursatları və digər silahlar daxildir.

Həmçinin Milli Qabaqcıl Hava Hücumundan Müdafiə Raket Sistemindən (NASAMS) tutmuş "Stinger" və "Javelin" raketlərinə qədər müxtəlif döyüş sursatları da yardıma aiddir.

Bundan əlavə, bir neçə “Hornet” pilotsuz uçuş aparatının (PUA) gətirilməsi planlaşdırılır.

Bu dronlar kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilir.

“ABŞ, həmçinin haubitsa artilleriya mərmiləri və 32 “Stryker” zirehli personal daşıyıcısı, həmçinin dağıdıcı avadanlıq, minaatan, "Hydra-70" raketləri və 28 milyon atıcı silah göndərir”, - deyə bildirilib.

Nəşrin məlumatına görə, Pentaqon tez bir zamanda ehtiyatlarından silahları çıxara və bir neçə gün ərzində Ukraynaya çatdıra bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam