Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sərhəddə DƏHŞƏTLİ MƏNZƏRƏ: -Orduya "HAZIR OL" əmri verildi - FOTO/VİDEO

Sərhəddə DƏHŞƏTLİ MƏNZƏRƏ: Orduya "HAZIR OL" əmri verildi - FOTO/VİDEO

Avropa İttifaqının həllini gözləyən qaçqın və miqrasiya probleminin yeni ocaqlarından biri olan Polşa-Belarus sərhədində vəziyyət yenidən gərginləşib.

Yenixeber.org: Noyabrın 8-də Belarus ərazisində yüzlərlə miqrant Polşa sərhədinə doğru hərəkət ediblər. Rəsmi sərhəddəki hərəkətlənməni nəzərə alaraq əraziyə əlavə hərbi heyətlər göndərib, ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Polşa Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda üç-dörd min miqrant Belarusun Polşa ilə həmsərhəd ərazilərində cəmləşib. Havadan çəkilən görüntülərdə sərhəd zolağında miqrantların qanunsuz şəkildə Polşa ərazisinə keçməyə cəhd etməsi və sərhədçilərin onların qarşısını alması əks olunub. Polşa hökuməti sərhəddəki vəziyyətlə əlaqədar təcili iclas çağırıb.

Polşa Sərhəd Xidməti miqrantların ən çox toplaşdığı Kuznitsa sərhəd-keçid məntəqəsinin noyabrın 9-da saat 7-dən bağlı olacağını elan edib və leqal şəkildə ölkəyə daxil olmaq istəyən şəxslərdən Terespol və ya Bobrovniki sərhəd-keçid məntəqələrinə üz tutmağı xahiş edib.

Avropa Komissiyası vahid Avropa sərhədlərinin qorunması üçün Polşanı dəstəkləməyə hazır olduğunu bildirib, bunun üçün rəsmi Varşavanın aktiv şəkildə kömək üçün müraciət etməyi istənilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam