Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranın cənub-şərqində qarşıdurma: İnqilab Keşikçiləri Ordusunun dörd əsgəri öldü

İranın cənub-şərqində silahlı qruplaşmalarla qarşıdurmada İnqilab Keşikçiləri Ordusunun dörd əsgəri həyatını itirib.

Yenixeber.org: İranın rəsmi xəbər agentliyi İRNA bu barədə İnqilab Keşikçiləri Ordusunun Qüds Baş Qərargahının yazılı açıqlamasına əsasən xəbər yayır.

Hadisə Sistan-Bəlucistan vilayətinin Haş şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasındakı baş verib. Təhlükəsizlik qüvvələri ilə toqquşan silahlı qrup barədə heç bir məlumat verilməyib.

İranın Pakistan və Əfqanıstan sərhədində yerləşən Sistan-Bəlucistan vilayəti son illərdə “bölgədəki Sünni Bəluc xalqının hüquqları müdafiə olunduğu” önə sürülən və ölkədə terror təşkilatı sayılan “Ceyşul Adl” ilə İran təhlükəsizlik qüvvələri arasında qarşıdurmalara səhnə olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam