Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya və Türkiyə bu məsələdə də razılığa gəlib

         Moskvada Rusiya və Türkiyə Xarici İşlər Nazirlikləri (XİN) arasında məsləhətləşmələr keçirilib.

Yenixeber.org: Moskva müxbirimizin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfindən isə XİN başçısının müavinləri Sergey Verşinin, Aleksandr Qruşko və Andrey Rudenko iştirak ediblər.

Məsləhətləşmələr zamanı Suriya, Dağlıq Qarabağ, Fələstin-İsrail və digər regional böhranların həllində kompleks beynəlxalq yardım məsələləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq normaları əsasında böhranların nizamlanmasının siyasi aspektləri nəzərdən keçirilib.

Münaqişə zonalarındakı gərginlik ocaqlarının aradan qaldırılmasına, atəşkəs rejimlərinin dayanıqlılığının dəstəklənməsi, habelə çoxtərəfli platformalarda səylərin koordinasiyası yolu ilə humanitar yardımın möhkəmləndirilməsi və qaçqınların qaytarılmasına yönəlmiş əlavə tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Cənubi Qafqaz, Ukrayna və Orta Asiyadakı mövcud vəziyyətin müzakirəsi kontekstində bu regionlarda sülhün və sabitliyin möhkəmləndirilməsi mənafeyi naminə səylərin bundan sonra koordinasiyası üçün qarşılıqlı əhval-ruhiyyədə olduqları ifadə olunub.

Dağlıq Qarabağ Münaqişə Zonasında Atəşkəs və Bütün Hərbi Əməliyyatlara Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə yüksək qiymət verilib.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam