Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Şuşa döyüşü gələcəkdə bütün hərbi akademiyalarda öyrədilicək” –FOTOLAR


“Şuşa döyüşü gələcəkdə bütün hərbi akademiyalarda öyrədiləcəkdir”.
Yenixeber.org: Bu sözləri dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati özünün sosial şəbəkələrdəki səhifələrində yazıb. O, Şuşanın işğalı və azad olunması zamanı çəkdiyi fotoları paylaşaraq öz təəssüratlarını bölüşüb:

“Şuşa 1992- 2020
1992-ci ilin aprelində şəhər erməni qüvvələri tərəfindən mühasirəyə alındı, mən son fotomüxbir idim və ayrılmaq üçün ensiz dağ yolundan keçməli oldum. Azərbaycanda nizami ordunun əsgərləri az idi və şəhəri əsasən könüllülər müdafiə edirdi. Mayın 8-də şəhər erməni qüvvələrinin əlinə keçdi və bir çox insan öldürüldü. Qalan əhali tələsik qaçmağa məcbur oldu. Bütün Qarabağdakı erməni hücumları bir milyondan çox qaçqın yaratdı, 30 min nəfər öldü və daha çoxu yaralandı. 28 ildən sonra, 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı geri qayıtdım. Dağda ayaqyalın qaçmaq məcburiyyətində qalan insanların övladları, indi başqa bir paltarda qayıtdılar. Onlar sadəcə valideynlərinə qovuşmaq arzusu ilə böyüyüyblər. Şuşa döyüşü gələcəkdə bütün hərbi akademiyalarda öyrədiləcəkdir”.

R. Deqati Şuşanın azad olunmasında iştirak etmiş Azərbaycan əsgərlərindən bir neçəsinin fotolarını da paylaşıb.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam