Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyev -Azərbaycan-İtaliya əməkdaşlığı münaqişə zamanı sınaqdan çıxıb

İlham Əliyev:    Azərbaycan-İtaliya əməkdaşlığı münaqişə zamanı sınaqdan çıxıb
İtaliya bizim çox yaxın dostumuz və tərəfdaşımızdır. Mən keçən ilin fevralında İtaliyaya olan səfərimi hələ də xatırlayıram. Bildiyiniz kimi, Prezident Mattarellanın Azərbaycana səfərindən sonra mənim səfərim bizim strateji dialoqumuzun davamı idi. Biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq.
Yenixeber.org: Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz İtaliyaya xüsusilə hər zaman işğalın qurbanı ilə işğalçı qüvvəyə eyni yanaşmanın və Ermənistanın havadarlarının güclü olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı o qədər asan olmayan fikirləri ifadə etdiklərinə, düzgün və ədalətli yanaşmaya görə minnətdarıq. Beləliklə, bu, əməkdaşlığımızın həqiqətən də çox mühüm əlamətidir.

“Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik. Onlar neft kimyası, emal, tikinti və arxitektura sahələrində böyük layihələr icra ediblər. Dediyim kimi, müharibədən sonra biz dost ölkələrin şirkətlərini dəvət edəcəyik”, - deyə Prezident vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam