Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu nazirə qarşı cinayət işi başlanıldı

 

 İranda keçiriləcək Prezident seçkilərində namizəd olaraq göstərilən rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehromi barəsində cinayət işi başlanılıb. 

Yenixeber.org: O, xarici sosial media platformalarına giriş qadağasını tətbiq etməməkdə ittiham edilir. Nazir İran Baş Prokurorluğu tərəfindən başladılan işdən sonra Mədəniyyət və Media Məhkəməsinə çağırılıb.

Cehromi  2012-ci ildə İranın Ali rəhbəri Seyid Əli Xameneinin əmri ilə internet zərərlərinin qarşısını almaq və kiber hücumlardan müdafiəni dəstəkləmək üçün yaradılan Kiber Dünya Ali Şurasının qəbul etdiyi qərarlara məhəl qoymamaqda təqsirləndirilir.

Bildirilir ki, o, giriş blokunun açılmasına imkan verən virtual özəl şəbəkələri (VPN) bloklama barədə göstəriş verməyib.

Qeyd edək ki, İranda tvitter, feysbuk, teleqram və votsap kimi sosial media platformaları və xarici mesajlaşma tətbiqetmələri uzun illərdir giriş üçün bloklanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam