Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və İndoneziya XİN başçıları arasında -telefon danışığı olub

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İndoneziyanın xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.

Yenixeber.org: XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar.

Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam