Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Semyon Baqdasarov:“Paşinyan edam olunmalıdır!”

 

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyan və onun silahdaşları üçün ölüm hökmü tələb edir.

Yenixeber.org: S.Baqdasarov bu barədə öz Teleqramında yazıb.

“Yerevanda baş verən hadisələrə gəldikdə, bu barədə dəfələrlə xəbərdarlıq etdiyim şeylər baş verir. Əbədi suala-nə etməli və kim günahkardır,- bir cavab tələb olunur. Bəs cənab Paşinyan hakimiyyətə qanuni əsaslarlamı gəlmişdi? O, iğtişaşlar törətdi və bunu ondan əvvəl hakimiyyətin korrupsioner məmurlara məxsus olması ilə əsaslandırması bir qara qəpiyə də dəyməz.

Xaini tapın, onu və bütün "Soros dəstəsini" boynundan tutub Hərbi Məhkəmənin mühakiməsinə verin. Satqın və Vətən xaini kimi mühakimə edin. Dəfələrlə təkrarladım ki, ilk addım erkən parlament seçkilərinə qədər fəaliyyət göstərən Müvəqqəti Milli Qurtuluş Komitəsi yaratmaqdır. Bu cür tədbirlərin əleyhdarlarını kameraya- "sahiblərinin" yanına göndərin”, - deyə politoloq vurğulayıb.

S.Baqdasarov Paşinyanın hakimiyyətə gəlməsinin təsadüfi olmadığını düşünür: “Soros onu hakimiyyətə elə-belə gətirməyib. Yalnız tənbəllər Sorosun dünyanın böyük maliyyə şirkətləri ilə əlaqəsi barədə danışmırdı. Bu, Qarabağı və  Zəngəzuru təslim etmək, həmin  ərazilərdən Türkiyəyə karbohidrogenləri aparan boru kəmərləri sisteminin açılması məqsədi ilə hakimiyyətə qəsdən gəlmək idi.

Cənab Paşinyan erməni xalqına xəyanət edib. Hərbi Tribunal tərəfindən mühakimə olunmalıdır. Ölüm cəzasına müvəqqəti moratorium (əgər belə bir şey varsa) ləğv edilməlidir. Paşinyan və ortaqlarını divara söykəmək lazımdır!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam