Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Düşmənin Tərtərə atdığı -"Smerç" raketi "Azərxalça"ya ziyan vurub

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşinə tutub.

Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən tərəfindən atılan “Smerç” raketlərindən biri şəhərin mərkəzinə düşüb. Güclü partlayış dalğası zamanı "Azərxalça" ASC-nin Tərtər şəhər ərazisində yerləşən filialının inzibati binasına külli miqdarda ziyan dəyib.

Xoşbəxtlikdən həmin vaxt binada "Azərxalça"nın işçiləri olmayıb. Yalnız filialın nəzarətçisi Rövşən Kərimli olub. O, "Report"un əməkdaşı ilə söhbət edən zaman bildirib ki, ötən gecə saat 8 radələrində düşmən tərəfindən atılan raket zamanı binanın qapı və pəncərələrinə, kompüter sisteminə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi və 4 “Smerç” raketi atıb. (report)

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam