Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncədə valideynlərini itirən uşaqlar -nəzarətə götürülüb

Gəncədə valideynlərini itirən uşaqlar nəzarətə götürülüb
Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşi nəticəsində yaralanan mülki şəxslər, yaxınlarını itirə uşaqlar, qadınlar, eyni zamanda Gəncə terrorunda xəsarət alan vətəndaşlar, valideynlərini itirən uşaqlar dövlətin nəzarəti altındadır.
Yenixeber.org: Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, əgər həmin şəxslər yaralıdırsa, onların birinci növbədə sağlamlığının bərpa edilməsi məsələləri həll edilir.

“İkinci təhlükəsizliyi təmin edilir, üçüncü sosial-psixoloji dəstək göstərilir. Bəzilərinin hüquqi sənədləri, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, nikah haqqında şəhadətnaməsi və digər sənədləri itib, onların hüquq çərçivəsində bərpası işləri aparılır. Davamlı olaraq bu sahədə işlər görülür”.

E.Səfərov bildirib ki, əgər uşaqlar valideynlərini itiribsə, onların yaxın qohumlarının sənədləşmə məsələsində iştirakı təşviq ediləcək.

“Heç bir uşaq tək və himayəsiz deyil. Bütün uşaqlara ehtiyacı olan dəstək göstərilir. Bu, hökümət adından edilir, yerli icra hakimiyyətləri və digər dövlət qurumları bu prosesə cəlb edilib. Bəzən sosial şəbəkələrdə vətəndaşlar bildirirlər ki, uşaqları dövlət müəssisəsinə verməyin, övladlığa verin. Övladlığa verilmə prosesi yüngül proses deyil. Övladlığa götürən şəxslərdə məsuliyyət olmalıdır. Bundan əlavə, uşağa psixoloji və sosial dəstək göstərilməlidir. Valideynlərini itirən uşaqlarla bağlı davamlı olaraq reabilitasiya işləri aparılmalıdır. Bu, bir-iki günün işi deyil.

Valideynlərini itirən uşaqlarla iş aparılmalıdır ki, qohumlar tərəfindən himayə və qəyyumluğa götürülsün. Hazırda bu sahədə problemin olduğunu görmürük”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər yaralanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam