Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tofiq Yaqublunun qara ciyərində problemlər aşkarlanıb

 

 Yenixeber.org: Sentyabrın 15-də "City Hospital"-da olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubludan analizlər götürüldü.

Bu barədə həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə biokimya analizlərində müəyyən dəyişikliklər müşahidə olunur. "Bu dəyişiklik qaraciyərlə bağlıdır. Ona görə biz bu gün infuziyanı başladıq və davam etdirəcəyik. Tofiq Yaqublunun vəziyyətini hələlik qənaətbəxş sayıla bilər, amma aclıq edən adam hər an problem yaşaya bilər".

Tofiq Yaqublunun qızı Nigar Həzi isə bildirib ki, T.Yaqublu aclığı davam etdirir. "Bu gün bir çox analizlər götürülüb, 14 günlük aclığın fəsadları analizlərdə özünü göstərir.  Nəticələr normadan ya aşağıdır, ya da ki, yuxarı. Aclıq bir az da davam etsə, yenə həyatına təhlükə riski artacaq".

Həzi əlavə edib ki, bu gün Yaqublunun yanına onun vəkili Aqil Layıcı buraxmayıblar.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam